Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 23,7 milyard manat olub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 % artıb.
Məlumata görə, ümumi dəyərin 77,8 %-ini pərakəndə ticarət dövriyyəsi, 19 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5 % artaraq 22,6 milyard manata bərabər olub, onun 42,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 578,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 53,4 manat çox vəsait xərcləyib.