17 may 2025 15:51
106

Türkiyədə 75 milyard kubmetr ehtiyata malik təbii qaz yatağı kəşf olunub

Türkiyədə 75 milyard kubmetr təbii qaz ehtiyatına malik yataq kəşf olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Prezident bildirib ki, "Göktepe 3" ərazisində 3 500 metr dərinlikdə 49 günlük qazma işləri yekunlaşıb: "Burada 75 milyard kubmetrlik ehtiyata malik yataq kəşf etdik. Qaz yatağının iqtisadi dəyəri 30 milyard ABŞ dollarıdır".