18 may 2025 01:13
113

Kaliforniyada avtomobilin partlaması nəticəsində bir nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatında avtomobilin partlaması nəticəsində bir nəfər həlak olub.

“İki sahil” "NBC News"a istinadən xəbər verir ki, bomba yüklü avtomobil tibb mərkəzinin yaxınlığında partlamış ola bilər.

Polis və yanğınsöndürənlər hadisə yerindədir.

Yerli hakimiyyət terror aktı ola biləcəyini istisna etmir.