19 may 2025 03:03
127

“Teleqram”ın həmtəsisçisi: Fransa Rumıniyada seçkilərə təsir göstərməyə cəhd etdi

Teleqram messencerinin həmtəsisçisi Pavel Durov Fransa kəşfiyyatını Rumıniyadakı seçkilərə təsir göstərmək cəhdində ittiham edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, yazda “Hotel de Crillon”da Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner rumıniyalı mühafizəkarların seçkilər öncəsi susdurulmasını tələb edib, lakin Durov bundan imtina edib.

“Biz Rusiyada, Belarusda və ya İranda etirazçıların qarşısını almamışıq və Avropada bunu etməyə başlamayacağıq”, - o qeyd edib.

Dünən Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Şəhər və Regional Sosiologiya Mərkəzinin (CURS) keçirdiyi “exit-poll”unn nəticələrinə görə, Buxarestin meri olan Avropayönlü müstəqil namizəd Nikuşor Dan 54,17 %, onun rəqibi, “Rumınların Birliyi Uğrunda Milli Alyans”ın lideri George Simion isə 45,83 % səs toplayıb.