19 may 2025 09:20
90

Bakıda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb

Bakıda avtomobil mopedlə toqquşub, sərnişin xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki, hadisə ötən gün Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.

Belə ki, Ağakişiyev Sadəddin Əjdər oğlu etibarnamə əsasında idarə etdiyi “Toyota Prius C” markalı avtomobillə hərəkətdə olarkən Məmmədov Samir Sabir oğlunun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.

Nəticədə mopeddə olan sərnişin Mirzəyev Əşrəf Nəsrəddin oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Fakta görə Nəsimi RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.