Finlandiya prezidenti Donald Trampla telefon danışığında onu Rusiyanın böyük dövlət olmadığına inandırmağa çalışıb.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
Finlandiya prezidenti Tallinndə keçirdiyi mətbuat konfransında deyib: “Bu, böyük dövlət sayıla biləcək ölkə deyil". O qeyd edib ki, digər Avropa liderləri də oxşar mövqeyi ABŞ administrasiyasına çatdırmalıdır.
Donald Tramp daha əvvəl “Truth” sosial şəbəkəsində Rusiya prezidenti Vladimir Putinlə Ukrayna nizamlanması və ticarətini müzakirə etmək üçün mayın 19-da danışmağı planlaşdırdığını açıqlamışdı.
Bundan sonra Tramp Vladimir Zelenski və NATO ölkələrinin liderləri ilə danışmaq niyyətindədir.