19 may 2025 15:49
99

Almaniya və Çin xarici işlər nazirləri Ukrayna münaqişəsini müzakirə ediblər

Almaniyanın xarici işlər naziri İohan Vadeful çinli həmkarı Vanq Yi ilə telefon danışığı zamanı Ukrayna münaqişəsini və onun Avropa, dünya düzəninə təsirini müzakirə edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində bildirilib ki, Vadeful çinli həmkarına Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının Avropa maraqlarına təsir etdiyini deyib. Eyni zamanda, o, qeyd edib ki, Çin “qlobal sülh üçün məsuliyyət daşıyır”.

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, nazirlər Almaniya-Çin münasibətlərinin gələcəyini müzakirə ediblər.