19 may 2025 17:20
112

Vens: Ukraynada münaqişənin həlli üçün çoxlu müxtəlif maneələr var

Ukraynada münaqişənin həlli üçün o qədər müxtəlif maneələr var ki, konkret nəyisə qeyd etmək çətindir.

“İki sahil” xəbər verir ki,  RİA Novosti-yə istinadla xəbər veriri ki, bu spzləri ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

“Mane olan o qədər müxtəlif şeylər var ki, konkret bir şeyi qeyd etmək çətindir”- deyə, o, bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Vaşinqton yaxın günlərdə Ukrayna məsələsində irəliləyişə nail olmaq niyyətindədir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff qeyd edib ki, ABŞ Ukrayna və Rusiyanın mövqelərini müəyyən qədər yaxınlaşdıra bilib.