19 may 2025 21:17
117

Putin Trampla telefon danışığı iki saatdan çox davam edib - YENİLƏNİB-2

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığı iki saatdan çox davam edib.

“İki sahil” xəbər verir ki, Putin Trampla söhbətini bitirdikdən sonra media önünə çıxıb.

O, ABŞ prezidenti ilə söhbətinin məzmununu qısaca açıqlayıb.

Qeyd edək ki, bu, Amerika liderinin prezident kimi fəaliyyətə başlamasından sonra onlar arasında baş tutmuş üçüncü telefon danışığıdır. Kreml danışıqların nəticələri barədə məlumat verəcəyini vəd edib. Tramp isə daha əvvəl bildirmişdi ki, o, Ukraynadakı münaqişəni, o cümlədən ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini Putinlə müzakirə etmək niyyətindədir.