Ukraynanın Sumı vilayətində Rusiya ilə həmsərhəd yaşayış məntəqələrindən təxliyə elan edilib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Oleq Qriqorov məlumat verib.
Ümumilikdə 4 mindən çox insanın yaşadığı 202 yaşayış məntəqəsi təxliyə edilir.
"Evi tərk etmək emosional cəhətdən çətin bir qərardır. Ancaq qalmaq həyatınızı riskə atmaqdır. Evakuasiya elan edilən icmaların sakinlərini yenə də təhlükəsiz ərazilərə getmək qərarına gəlməyə çağırıram" - deyə, Qriqorov qeyd edib.
Mayın 16-na olan məlumata görə, əhalinin 60%-dən çoxu təxliyyə zonasındakı yaşayış məntəqələrini tərk edib.