Azərbaycanda bu ilin yanvar-aprel aylarında 1 824 ədəd minik avtomobili istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 876 ədəd və ya 92,4% çoxdur.
Eyni zamanda cari ilin yanvar-aprel aylarında ölkədə 33 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni ayları ilə müqayisədə 221 ədəd və ya 7,7 dəfə azdır.
Bundan başqa, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin ilk dörd ayında traktorların istehsalı 34 ədəd və ya 14,6% azalaraq 199 ədədə bərabər olub.
Qeyd edək ki, Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-aprel aylarında 205,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 26,6% artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 3,9% azalıb.
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib