19 may 2025 13:25
90

Danışıqlar dövlət başçıları formatında keçirilə bilər - Alen Simonyan

Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında dövlət başçıları formatında danışıqlar keçirilə bilər.

“İki sahil”  erməni KİV-inə istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

"Ermənistan və Azərbaycan arasında müzakirələr davam edir və onların davam etdirilməsi barədə razılıq var. Yaxın zamanda müzakirələrin dövlət başçıları formatında, həmçinin xarici işlər nazirləri formatında davam etdiriləcəyini istisna etmirəm", - o vurğulayıb.

A.Simonyanın sözlərinə görə, bu proseslər sülh sazişinin imzalanma vaxtını və yerini müəyyən etməyə yönəlib.