Bu ilin ilk rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2 480 kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışı maliyyələşdirilib.
Bu barədə “İki sahil"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, satışı maliyyələşdirilən texnikalar arasında 10 taxılyığan kombayn, 613 traktor, 1 857 digər texnika və avadanlıqlar var.
Qeyd edək ki, kənd təsərrüfatı texnikasının satışı dövlət tərəfindən subsidiyalaşdırılır. Fermerlər gömrük dəyərinin 20 %-i həcmində ilkin ödəniş etməklə kənd təsərrüfatı texnikası və avadanlıqlarına sahib ola bilər. Texnikanın dəyərinin qalan 40 %-i AKİA tərəfindən ödənilir, digər 40 % isə banklar tərəfindən 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə AKİA ödəyir.
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib