20 may 2025 02:25
105

Hakimiyyəti dövründə öldürülən dünya liderləri

Tarixdə çoxsaylı dünya liderlərinin öldürülməsi faktları qeydə alınıb. Prezidentlər, baş nazirlər və hakimiyyətdə olan digər şəxslərin bəziləri qatillərin qurbanı olub, müxtəlif səbəblərdən öldürülüblər. Ancaq heç də hamısı silah və ya bıçaqdan ölməyib; bəzi hallarda uğursuz bir qəza nəticəsində həlak olublar. Bəs, səlahiyyət müddətini başa vurmadan zorakılıqla qarşılaşanlar kimlərdir?

Con Kennedi (1917–1963)

 ABŞ-ın 35-ci Prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürüldü. Qatil Li Harvi Osvald həbs olundu və Kennedinin qətli ilə bağlı ittiham irəli sürüldü. Lakin o, məhkəmə qarşısına çıxarılmadan əvvəl Cek Rubi tərəfindən güllələnərək öldürüldü.

Ənvər Sədat (1918-1981)

Misir Prezidenti Ənvər Sədat 6 oktyabr 1981-ci ildə Qahirədə qələbə paradında iştirak edərkən öldürülmüşdü. O, Misir İslam Cihadının üzvləri tərəfindən öldürülmüşdü, çox güman ki, bu, Sədatın İsrail və ABŞ ilə sülh təşəbbüsü ucbatından baş vermişdi.

Yitzhak Rabin (1922-1995)

4 noyabr 1995-ci ildə israilli hüquq tələbəsi və sağçı ekstremist Yiqal Amir İsrailin Baş naziri Yitzhak Rabini güllələyib. Əmir Rabinin sülh təşəbbüsünə, xüsusən də Oslo Akkosunun imzalanmasına qarşı çıxırdı.

Abraham Linkoln (1809-1865)

14 aprel 1865-ci ildə Con Uilks But Vaşinqtondakı Ford Teatrında ABŞ-ın 16-cı Prezidenti Abraham Linkolnu ölümcül güllələdi. Ertəsi gün Linkoln aldığı yaralardan öldü.

İndira Qandi (1917-1984)

İndira Qandi 1966-1977-ci illərdə və 1980-ci ildən 1984-cü ildə öldürülənə qədər Hindistanın Baş naziri vəzifəsində çalışıb. Ehtimal edilir ki, o, “Mavi Ulduz” əməliyyatının qisasını almaq üçün “Sikh” yaraqlılarının Amritsardakı Qızıl Məbəddən çıxarılmasına çalışan iki sikh mühafizəçisi tərəfindən öldürülüb.

Raciv Qandi (1944-1991)

Anasının ölümündən sonra baş Bazir vəzifəsinə başlayan Raciv Qandi də zorakılıqla dünyasını dəyişir. O, 1991-ci il mayın 21-də Tamil İlamın “Azadlıq Pələngləri” qrupunun qadın üzvü tərəfindən bomba partayışında həlak olub. Qandidən əlavə terror zamanı 14 nəfər dünyasını dəyişmişdi.

Uilliyam MakKinli (1843-1901)

6 sentyabr 1901-ci ildə ABŞ-ın 25-ci Prezidenti Uilyam MakKinli amerikalı anarxist Leon Çolqoş tərəfindən güllələnib. MakKinli sentyabrın 14-də yaraların səbəb olduğu qanqrendən vəfat edib.

Nikolae Çauşesku (1918-1989)

Rumıniyanın son kommunist lideri Nikolae Çauşesku 1989-cu il dekabrın 25-də Rumıniya inqilabı zamanı həyat yoldaşı ilə birlikdə güllələnərək edam olunanda hələ də çarəsiz şəkildə hakimiyyətdən yapışmağa çalışırdı.

Ceyms Qarfild (1831–1881)

ABŞ-ın 20-ci Prezidenti Ceyms A. Qarfild iyulun 2-də Qarfildə qarşı şəxsi kin saxlayan uğursuz vəkil Çarlz Gito tərəfindən güllələndikdən iki ay sonra- 19 sentyabr 1881-ci ildə öldü.

Müəmmər Qəddafi (1942-2011)

 Liviya lideri Müəmmər Qəddafi 2011-ci il oktyabrın 20-də üsyançılar tərəfindən qətlə yetirildikdə hakimiyyətdə olmasının 42-ci ili idi. O, 2010-cu illərin əvvəllərində ərəb dünyasının böyük bir hissəsini əhatə edən hökumət əleyhinə etirazlar, üsyanlar və silahlı üsyanlar silsiləsi olan “Ərəb baharı” zamanı öldürülüb.

Franz Ferdinand (1863-1914)

Avstriya-Macarıstan taxtının varisi olan Arçduke Franz Ferdinandın öldürülməsi Birinci Dünya müharibəsinin ən əsas səbəbi idi. Ferdinand 28 iyun 1914-cü ildə Sarayevoda Qavrilo Prinsip tərəfindən güllələnərək öldürülüb.

Park Çunq He (1917-1979)

Park Çunq He 1963-cü ildən 26 oktyabr 1979-cu ildə öldürülənə qədər Cənubi Koreyanın üçüncü Prezidenti olub. Onun qatili ölkənin Milli Kəşfiyyat Xidmətinin direktoru Kim Jae-qyu olub.

Olof Palme (1927-1986)

1986-cı il fevralın 28-də Olaf Palmenin qətli hələ də açılmamış qalır. İsveçin Baş naziri Palme həyat yoldaşı ilə birlikdə Stokholmun mərkəzində kinoteatrdan evə gedərkən güllələnərək öldürülüb. 1989-cu ildə Krister Pettersson qətlə görə məhkum edildi. Lakin növbəti il ​​apelyasiya şikayəti əsasında bəraət aldı. Polisin digər şübhəlilərin adını çəkməsinə və həbs etməsinə baxmayaraq, Palmenin qətlində başqa heç kim ittiham olunmayıb.

Laurent Kabila (1939-2001)

Konqolu üsyançı və siyasətçi Laurent Kabila 1997-ci ildən 16 yanvar 2001-ci ildə öldürülənə qədər Konqo Demokratik Respublikasının Prezidenti vəzifəsində çalışıb. Onun mühafizəçilərindən birinin onu güllələdiyi güman edilir. Kabilanın ölümü ilə bağlı aparılan təhqiqat qətllə əlaqəsi olan 23 əsgərin tutulmasına və sonradan həbsə atılmasına səbəb olub.

Hara Takaşi (1856-1921)

Hara Takaşi Yaponiyanın Baş naziri vəzifəsinə təyin edilmiş ilk sadə insan və ilk xristian idi. O, 1918-ci il 4 noyabrdan 1921-ci ildə öldürülənə qədər bu vəzifədə çalışdı. Takaşi Tokioda Yaponiyanın Baş nazirinin korrupsiyaya uğradığına inanan sağçı millətçi tərəfindən bıçaqlanaraq öldürüldü.

Lex Kaçinski (1949-2010)

2010-cu il aprelin 10-da Rusiyadakı Smolensk aviabazasına yaxınlaşarkən Polşa Prezidenti Lex Kaçinski, onun həyat yoldaşı və Polşa nümayəndə heyətinin digər üzvlərini aparan təyyarə qəzaya uğradı. Qəzada sağ qalan olmadı. Kaçinski İkinci Dünya müharibəsi dövründə Katın qırğınının anım mərasimində iştirak etməyə gedirmiş. Fəlakətlə bağlı aparılan araşdırma təyyarənin qəzasına texniki nasazlığın səbəb olduğu qənaətinə gəlib.

Nubar Süleymanova, “İki sahil”