20 may 2025 17:31
137

Tramp Netanyahu ilə mübahisə edib? - Ağ Ev iddianı RƏDD EDİR

Tramp administrasiyası “The Washington Post”un Qəzzada müharibənin davam edəcəyi təqdirdə Vaşinqtonun İsrailə dəstəyi kəsməklə hədələməsi ilə bağlı iddiasını qəti şəkildə rədd edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  Ağ Ev izah edib ki, Amerika lideri Donaıd Tramp, eyni zamanda, silahlı toqquşmalara son qoymağa və radikal HƏMAS qruplaşmasının 2023-cü il oktyabrın 7-də törətdiyi qırğın zamanı götürdüyü bütün girovları azad etməyə çalışır.

Lakin administrasiya israr edir ki, Qəzzada əməliyyatı ilə bağlı İsrailə heç bir təzyiq göstərmir.

ABŞ prezident administrasiyasının Yaxın Şərqdəki əsas müttəfiqi olan İsraili dəstəkləməkdən imtina edə biləcəyi ilə bağlı şayiələr mayın 19-da "Washington Post"da dərc olunan məqalədən qaynaqlanıb. Bu məqalədə Ağ Evdəki müzakirələrin məzmunu ilə tanış olan adı açıqlanmayan mənbə bildirib ki, Donald Trampın ətrafı baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə çatdırmağa çalışır ki, əgər Qəzzada əməliyyatı dayandırmasa, Amerikanın dəstəyini itirə bilər.

Elə həmin gün ABŞ-ın İsraildəki səfiri Mayk Hukabi bu iddianı təkzib edin. "Ynet"ə danışan səfir, "Mənbəyə diqqət yetirin - bu, "Washington Postdur"- deyib. Diplomat nəşrin xəbərlərini cəfəngiyyat adlandırıb.

Eyni mövzu ilə bağlı başqa bir açıqlamanı Ağ Evin mətbuat katibi Karolin Levitt verib:  “Prezident açıq şəkildə bildirdi ki, o, bölgədəki bu münaqişənin sona çatmasını istəyir, bütün girovların azad edilməsini istəyir.”