21 may 2025 09:04
99

ABŞ Ədliyyə Nazirliyi Endryu Kuomoya qarşı cinayət işi aparır

ABŞ Ədliyyə Nazirliyi Nyu-York ştatının keçmiş qubernatoru və 2025-ci il mer seçkilərində iştirak etməyi planlaşdıran Endryu Kuomoya qarşı cinayət işi açıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “New York Times” yayıb.

Məlumata görə, təhqiqat təxminən bir ay əvvəl başlayıb. İstintaq Kuomonun COVID-19 pandemiyası dövründə qubernator olduğu zaman Konqres qarşısında verdiyi ifadələrin doğruluğunu araşdırır. Müstəntiqlər onun federal orqanlara yalan danışıb-danışmadığını müəyyən etməyə çalışır.

Ətraflı

Kuomonun sözçüsü isə açıqlamasında bu araşdırmadan xəbərsiz olduqlarını bildirib və prosesi “Tramp administrasiyasının Nyu-York mer seçkilərinə müdaxiləsi” kimi qiymətləndirib.

Xatırladaq ki, Demokrat Partiyasının nümayəndəsi olan Kuomo bu dəfə mer seçkilərində müstəqil namizəd kimi iştirak etməyi planlaşdırır. Seçkilər 2025-ci ilin noyabrında keçiriləcək. Kuomo bu yarışda hazırkı mer Erik Adamsla da rəqabət aparacaq.