Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəmkir rayonunda kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, layihə 20 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 17 km olan Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf marşrutu üzrə yolları əhatə edir.
İlkin olaraq layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində yenidənqurma işlərinə başlanılıb. Qeyd olunan hissənin uzunluğu 7 km təşkil edir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların eni 8-10 metrə qədər genişləndirilir.
Aparılan işlər çərçivəsində layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası icra olunur. Artıq müəyyən hissələrdə yeni yol yatağının və yol əsasının inşasına da başlanılıb.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən sürətlə və keyfiyyətlə icra olunur.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır