21 may 2025 17:52
114

“Qazprom” Serbiyanın NIS şirkətinə qarşı sanksiyalarının ləğvini gözləyir

"Qazprom" ABŞ-ın Serbiyanın neft şirkəti  olan NIS-ə ("Qazprom Neft"in törəmə müəssisəsi) qarşı sanksiyaları ilə bağlı vəziyyətin həllinə ümid edir.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" “Qazprom”un idarə heyətinin üzvü Sergey Kuznetsı istinadla məlumat yayıb.

"Hesab edirəm ki, orada vəziyyət yaranıb, sanksiyalar tətbiq edilib, onların birbaşa tətbiqini genişləndirən lisenziya verilir. Ona görə də ümid edirəm ki, hər şey sonda həll olunacaq. Bu müsəssisə energetika sektorunun ən böyük müəssisəsidir", - deyə, Kuznets Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda bildirib.

Onun sözlərinə görə, belə bir məsələdə Serbiya şirkətinin Cənub-Şərqi Avropa üçün əhəmiyyəti nəzərə alınmalıdır. NIS neft və təbii qazın kəşfiyyatı, hasilatı və emalı ilə məşğul olur və Belqrad yaxınlığındakı Pancevoda neft emalı zavoduna, həmçinin 400-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.

ABŞ Maliyyə Nazirliyi yanvarın 10-da “Qazprom Neft”i sanksiyalar siyahısına əlavə edib.