22 may 2025 11:18
92

Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək

İsrail dünya üzrə səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək.

“İki sahil” "Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Mən dünya üzrə İsrail missiyalarında və dövlət nümayəndələri üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırdım", - o bildirib.

Qeyd edək ki, Vaşinqtondakı Yəhudi Muzeyində tədbir zamanı İsrail diplomatik nümayəndəliyinin iki əməkdaşı öldürülüb. Şübhəli şəxs saxlanılıb.