24 may 2025 12:25
114

KİV: Aİ Rusiyaya qarşı sanksiyalar çərçivəsində 20-dən çox bankı SWIFT-dən çıxara bilər

Avropa İttifaqı (Aİ) anti-Rusiya sanksiyalarının yeni paketi çərçivəsində 20-dən çox bankın SWIFT ödəniş sistemindən çıxarılması imkanını nəzərdən keçirir.

İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Qeyd edilib ki, Brüssel də Rusiya neftinin qiymət tavanının aşağı salınması və “Şimal axını” layihəsinə qarşı məhdudiyyətlərin tətbiqi imkanlarını öyrənir.

“Bloomberg” mənbələri bildiriblər ki, Aİ Moskvanın gəlirlərini və hərbi sənaye kompleksini gücləndirmək üçün lazım olan texnologiyaya çıxışını məhdudlaşdırmaq məqsədilə iyirmidən çox banka əlavə əməliyyat qadağaları və təxminən 2,5 milyard avro dəyərində yeni ticarət məhdudiyyətləri tətbiq edə bilər.

Agentliyin həmsöhbətləri aydınlaşdırıblar ki, hazırda Avropa Komissiyası bu məsələ ilə bağlı Aİ-yə üzv ölkələrin rəhbərliyi ilə məsləhətləşmələr aparır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”