24 may 2025 14:01
118

Roma Papası Vatikanın iş mühitində birliyə çağırır.

“Əgər hamımız böyük birlik və sevgi yolunda əməkdaşlıq etməliyiksə, gəlin bunu ilk növbədə iş yerindən başlayaraq gündəlik vəziyyətlərdə davranışımızla etməyə çalışaq”.

İki sahil” ANSA-ya istinadla xəbər verir ki, bunu Roma Papası XIV Leo deyib.

“Hər kəs həmkarlarına münasibəti ilə, qaçılmaz anlaşılmazlıqları səbirlə və təvazökarlıqla aradan qaldıraraq, özünü başqalarının yerinə qoyaraq, qərəzlərdən qaçaraq, həmçinin Papa Fransiskin bizə öyrətdiyi kimi yaxşı yumorla birliyin qurucusu ola bilər”, - deyə Papa Leo əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”