25 may 2025 19:09
103

Tramp israr edir: Bizə Harvarddakı əcnəbi tələbələrin adlarını verin

Harvard niyə demir ki, tələbələrinin təxminən 31%-i xarici ölkələrdəndir. Amma bu ölkələr, bəziləri ABŞ-ın dostu olmayan ölkələrdir, tələbələrinin təhsil xərclərini ödəmirlər, nə də heç vaxt ödəmək fikirləri var. Bunu bizə heç kim deməyib! Biz o əcnəbi tələbələrin kim olduğunu bilmək istəyirik. Bu, Harvarda milyardlarla dollar verdiyimizə görə tamamilə məntiqli bir tələbdir. Amma Harvard buna o qədər də açıq yanaşmır.”

İki sahil”in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.

“Biz o adları və ölkələri bilmək istəyirik. Harvardın 52 milyon dollarlıq büdcəsi var. O pulları istifadə edin və hökumətdən daha çox pul istəməyi dayandırın", - ABŞ prezidenti əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”