Mayın 25-i Moskvada ilin ən isti günü olub.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, havanın temperaturu ilin əvvəlindən ən yüksək həddə çatıb və müsbət 27 dərəcəyə təşkil edib.
"Phobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus bildirib ki, bu rəqəmlər iqlim normasını 6 dərəcə üstələyir.
O qeyd edib ki, meteorologiya tarixində mayın 25-i üçün mütləq rekord 20 il əvvəl müəyyən edilib və müsbət 31.5 dərəcə təşkil edib.