27 may 2025 10:30
260

Azərbaycan və Gürcüstan pul siyasəti ilə bağlı müzakirələr aparıb

Azərbaycan və Gürcüstan Mərkəzi Bankları arasında pul siyasətinin həyata keçirilməsi müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayb.

Qeyd edilib ki, qurumun nümayəndə heyəti işgüzar səfər çərçivəsində Gürcüstan Milli Bankında olub. Səfər zamanı tərəflər arasında pul siyasətinin həyata keçirilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma, eləcə də xarici sektor statistikasının hazırlanması mövzularında praktiki müzakirələr aparılıb.

Görüşdə həmçinin qeyd olunan istiqamətlər üzrə iki qurum arasında əməkdaşlığın təcrübə və məlumat mübadiləsi baxımından genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.