İranın Fars əyalətinin Şiraz şəhərində məhkəmə hakimi hücum nəticəsində ölüb.
“İki sahil” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, mayın 27-si səhər saatlarında iki nəfər Şirazda 2 saylı Cinayət Məhkəməsinin 102-ci şöbəsinin rəhbəri, hakim Ehsan Baqerini işə gedərkən qətlə yetiriblər.
Faktla bağlı araşdırma aparılır.