02 iyun 2025 12:17
213

Messi minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Argentinalı ulduz futbolçu Lionel Messi minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə sosial şəbəkə səhifəsində paylaşım edib.

Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub. Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.