03 iyun 2025 01:57
314

Hansı qida əlavələri həqiqətən təhlükəlidir?

Müasir məhsullarda tez-tez müxtəlif qida əlavələri olur - konservantlar, rəngləndiricilər, ləzzət artırıcılar və dadlandırıcılar. Bəs onlar sağlamlığa nə dərəcədə zərərlidir? Rusiyalı televiziya həkimi doktor Myasnikov “Rossiya 1” telekanalında bu sualı müəllifi olduğu “Ən vacibi haqqında” sağlamlıq verilişinin yeni buraxılışında cavablandırıb.

Əlavələr haqqında nələri dəqiq bilmək lazımdır?

Konservantlar – ən çox kolbasa, sosis və yarımfabrikatlarda olan nitritlər və nitratlardır.

Daimi istifadəsi ilə bağırsaq xərçənginin inkişaf riskini artırır.

Ürək-damar xəstəliklərinə, o cümlədən infarktlara səbəb ola bilər.

Bədəndə nitritlər və nitratlar kanserogen birləşmələrə - nitrozaminlərə çevrilə bilər.

Boyalar – ən çox şirniyyatlarda, qazlı içkilərdə və yoqurtlarda olur.

Bəzi boyalar allergik reaksiyalara səbəb ola bilər.

Uşaqlarda hiperaktivlik riskinin artması ilə əlaqələndirilir.

Bəzi boya növlərinin uzun müddət istifadəsi xərçənglə əlaqələndirilə bilər.

Dad artırıcılar - natrium qlutamat, E621 maddəsi daha çox çips, kraker və hazır souslarda olur.

Həddindən artıq istehlak edildikdə baş ağrısı, yuxu pozğunluğu və narahatlıq yarada bilər.

Böyük miqdarda müntəzəm istehlak ilə sinir sisteminə mümkün mənfi təsirlərinə dair sübutlar var.

Trans yağlar - marqarin, çörək məhsulları, fastfud, bəzi şirniyyat növlərində olur."Pis" xolesterinin səviyyəsini, ateroskleroz, infarkt və insult riskini artırır.

Piylənmə və 2-ci tip diabetin inkişafı ilə əlaqələndirilir.

Nubar Süleymanova, “İki sahil”