Nigeriyanın şimalında ölkənin milli idman festivalından qayıdan idmançıları daşıyan avtobus qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, qəza nəticəsində 22 nəfər, o cümlədən idmançılar, məşqçilər və rəsmilər ölüb, çoxlu sayda insan isə ağır yaralanıb.
Kano Ştat Qubernatorluğunun məlumatına görə, qəzada həyatını itirənlərin əksəriyyətinin gənclər olduğu bildirilib. Qəzanın həddindən artıq sürət və yorğunluq səbəbindən baş verə biləcəyi ehtimal edilir.
Kano qubernatoru bazar ertəsi günü "matəm günü" elan edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”