Yeni mövsümdə Türkiyə Superliqasında mübarizə aparacaq “Kocaelispor”un yeni baş məşqçisi məlum olub.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə tanınmış mütəxəssis Səlçuk İnan gətirilib. Onunla 1+1 illik müqavilə imzalanıb.
Səlçuk İnan son olaraq “Qaziantep” komandasında işləyib.