Sərhədlərarası tərəfdaşlığın neft-qaz sektorunda gücləndirilməsi vacib amillərdəndir, biz bunun ilkin mərhələsindəyik. Tərəfdaşlıq nəinki qlobal enerji təchizatını, həmçinin yerli potensialı da gücləndirəcək.
“İki sahil” xəbər verir ki, bu sözləri Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriatu Luis Soares Kassama Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
“Qlobal tərəfdaşlığın, xüsusilə texnologiya sahəsində olması çox önəmlidir. Regional enerji siyasəti bizim enerji siyasətimizin əsasını təşkil edir. İqlim sahəsində ölkələri ədalətə çağırırıq”,- deyə o bildirib.
Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib