03 iyun 2025 17:25
177

 ABŞ və Almaniya vətəndaşları Estoniya sərhədində "Georgi lenti"nə görə saxlanılıb

ABŞ və Almaniya vətəndaşları Estoniya sərhədində "Georgi lenti"nə görə saxlanılıb

“İki sahil” xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Qeyd edilir ki, Polis və Sərhəd Mühafizə İdarəsinin əməkdaşları ABŞ və Almaniya vətəndaşlarını Estoniya sərhədində onların üzərində tapılan "Georgi lenti"nə görə saxlayıblar.

Nəşr, Polis və Sərhəd Mühafizə İdarəsindəki mənbəyə istinadla xəbər verir ki, qaydanı pozanlar iyunun 2-də Narva-1 nəzarət-buraxılış məntəqəsində və Estoniyanın cənubundakı keçid məntəqəsində Estoniya hakimiyyəti tərəfindən müəyyən edilib.

Sərhədçilər ilə izahat danışıqlarından sonra ABŞ vətəndaşı simvollardan imtina etməyə razılaşıb və Estoniyaya yoluna davam edib.

Ölkənin cənubunda nəzarət-buraxılış məntəqələrinin birində saxlanılan Almaniya vətəndaşının avtomobilində "Georgi lenti" olub. O da lentdən imtina etmək qərarına gəlib və yoluna davam edib.