Rusiya müharibənin 1196-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 61 207 PUA-sı, 609 zenit-raket kompleksi, 23 729 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 636 artilleriya və minaatanı, 36 400 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.