03 iyun 2025 19:28
173

Əhməd Əl-Şaraa sentyabrda ABŞ-yə səfər edəcək

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa sentyabrda ABŞ-yə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Suriya KİV-i məlumat yayıb.

Bildirilib ki, Əl-Şaraa son altı onillikdə ilk dəfə Suriya dövlətinin başçısı kimi BMT-nin iclasında da çıxış edəcək.

Qeyd edək ki, Suriyanın keçid hökuməti 2024-cü il dekabrın 9-da Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb.