Azərbaycan Qvineya-Bisau Respublikası ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüşüb.
Görüşdə neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrində Azərbaycanın zəngin təcrübəsinin bölüşdürülməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Bu çərçivədə ekspertlər arasında görüşlərin təşkili və seminarların keçirilməsi barədə razılıq əldə edilib.
Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib