Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, qeyd edib ki, müzakirələr 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Pakistanın neft naziri Əli Pervaiz Malik ilə görüşdə baş tutub: "Enerji sektorunda həyata keçirilən qlobal layihələr və “yaşıl enerji” sahəsində işbirliyi imkanları barədə fikirlərimizi bölüşdük”.