05 iyun 2025 12:22
287

Bu günədək "Kurort" Turizm İnformasiya Mərkəzinə 28 min 166 müraciət daxil olub

"Kurort" Turizm İnformasiya Mərkəzinə yaradıldığı gündən indiyədək 28 min 166 müraciət daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzin direktoru Emilya Səfərəliyeva məlumat verib.

Onun sözlərinə görə, ilk beş ayının hesabatına əsasən artıq 13 min 269 yollayışla təmin olunan üzv var:

"Əgər yollayış müalicə xarakterlidirsə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzvlərinin ailə üzvləri, yəni həyat yoldaşı və övladları da bundan istifadə edə bilərlər. Eyni zamanda kurort-sanatoriya müəssisəsinə yollayış istirahət məqsədilə olarsa, bu zaman şəxsin ailə üzvləri 15 faiz haqq ödəməlidir".

Qeyd edək ki, "Kurort" Turizm İnformasiya Mərkəzi ötən ilin noyabrında yaradılıb.