05 iyun 2025 16:31
277

Azərbaycan-Çin birgə müəssisəsi yaradılacaq

Azərbaycan şirkəti “Dream Group”la Çinin “Digital Team Technology Ltd.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, imzalanma mərasimi Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində baş tutub.

Memorandumu Azərbaycan tərəfindən Azərbaycan şirkətinin baş icraçı direktoru Kamran Allahverdiyev və Çin tərəfindən isə “Digital Team Technology Ltd.” şirkətinin həmtəsisçisi Canq Y imzalayıb.