06 iyun 2025 01:27
153

Süni intellekt çatbotları insanlara narahatlıqla mübarizə aparmağa kömək edəcək

Süni intellekt (AI) insanlara kritik vəziyyətlərdə təcrübələrinin öhdəsindən gəlməyə kömək edə biləcək bir vasitədir.

Bunu Rusiyanın “Yakov and Partners” konsaltinq şirkətinin direktoru Marina Doroxova deyib.

O qeyd edib ki, şirkət müvafiq araşdırma aparıb. Mütəxəssislər “Medsi” özəl klinikalar şəbəkəsinin xəstələri arasında sorğu keçiriblər. Onların 70%-i süni intellektə əsaslanan psixoloqla danışmağa etiraz etməyəcəklərini bildiriblər.

"Hər kəsin süni intellekt psixoloqlarına keçəcəyini deyə bilmərik. Bazarda böyük təcrübəyə malik çoxlu sayda mütəxəssis hələ də qalacaq. Lakin bu, həqiqətən də insanlara, o cümlədən bəzi kritik vəziyyətlərdə kömək edəcək alətdir", - Doroxova “RİA Novosti” ilə söhbətində vurğulayıb.

Onun sözlərinə görə, şirkət “Medsi” ilə birlikdə artıq analoji süni intellekt köməkçisi yaradıb.

Xidmətin rəhbəri Svetlana Radionova bildirib ki, “Rosprirodnadzor” Rusiya Federasiyasında öz işində süni intellektdən istifadə edən ilk nəzarət qurumu ola bilər.

Nubar Süleymanova, “İki sahil”