İstər fastfud yemək, istərsə də yaş saçla yatmaq kimi sadə bir şeylər olsun, bəzən şirniklənmək və daha asan üsullarla yaşamaq istəyirik.
Ancaq daim sağlam qala bilməsək də, bu kiçik pis vərdişləri atmaq daha yaxşı həyat keyfiyyəti ilə yaşamağa kömək edə bilər. Onları yoxlayın!
Hazır yeməklər
Heç bişirmək üçün tənbəllik edib və sadəcə dondurulmuş qidalar alıb isitməyə üstünlük verdinizmi? Hazır yeməklər vaxtınıza qənaət edə bilər, ancaq unutmayın ki, onlar doymuş yağlar və duzla doludur.
Sintetik ətirlər
Hər kəs evinin, xüsusən də vanna otağının xoş qoxulu olmasını istəyir. Ancaq sintetik ətirlərdən qaçınmağa çalışın.
Amerika Allergiya, Astma və İmmunologiya Kollecinə görə, onlar astma və digər tənəffüs problemləri riskini artıra bilər.
İstirahət günləri
Zəngli saatını söndürən və həftə sonları və ya bayramlarda bacardığınız qədər yatmağı sevən birisiniz?
Massaçusets Universiteti Tibb Fakültəsi tərəfindən aparılan bir araşdırma həddindən artıq yuxunun şəkərli diabet və yüksək qan təzyiqi kimi xəstəliklərlə əlaqəli ola biləcəyini göstərib.
Yatmadan əvvəl duş
Uzun bir iş günündən və ya dərsdən sonra duş qəbul etmək həqiqətən sakitləşdirici və rahatlaşdırıcı ola bilər. Ancaq saçınızı yumusunuzsa, yatmazdan əvvəl tamamilə qurutmağı unutmayın. Yaş saçla yatmaq kəpəyə, başda göbələyə və saç tökülməsinə səbəb ola bilər.
Qulaq gigiyenası
Qulaqlarınızı həddindən artıq təmizləməmək üçün son dərəcə diqqətli olun. Qulaq mumu bakteriyaları öldürür, daxili qulağı qoruyur və yağlanmasına kömək edir.
Uzun isti duşlar
Uzun, isti duşları sevirsinizsə, sizə pis xəbərimiz var. İsti suya uzun müddət məruz qalma dəridə təbii yağların qoruyucu təbəqəsini azaltdığı üçün dərinin daha da qurumasına səbəb olur.
Qazlı içkilər
İstər naharda, istərsə də ara saatlarda qazlı içkilər təravətləndirici seçim kimi görünə bilər. Amma əslində qazlı içkilər yüksək şəkər tərkibinə malik olmaqla yanaşı, orqanların zəifləməsinə də səbəb olur.
Burun tükləri
Heç kim burnundan “kolların” böyüməsini istəməsə də, burunu çox da dərindən təmizləməyə ehtiyac yoxdur. Burun tükləri qoruyucu xüsusiyyətlərə malikdir, buna görə də onları çıxardığımız zaman infeksiyalara tutulma riski daha yüksəkdir.
Səhər yeməyi
Uzun müddət sakitliyin ardından səhərlər orqanizmimiz həqiqətən qida maddələrinə ehtiyac duyur.
Beynin aktiv və ayıq qalmaq üçün qlükozaya ehtiyacı var və səhər yeməyini atlatsanız, onu əzələlərinizdən alacaq.
Makiyajla yatmaq
Yatmazdan əvvəl makiyajı silməyi unutmaq qorxunc bir vərdişdir.
Dərinin nəfəs alması lazımdır və makiyajın tərkibində çox uzun müddət qaldıqda zərərli ola biləcək kimyəvi maddələr var.
İçməli su
Hər kəsin o qədər məşğul olduğu günləri olur ki, su içmək belə yada düşmür. Ancaq unutmayın ki, orqanizmi nəmləndirməyi unutsanız, sağlamlığınız risk altında ola bilər, ona görə də həmişə bol su için!
Nubar Süleymanova, “İki sahil”