05 iyun 2025 17:59
290

Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınacaq

Şuşada sabah saat 08:30-da Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Sabah saat 09:00-da isə şəhər sakinlərinə qurban payı təqdim ediləcək.

Qeyd edək ki, iyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.