05 iyun 2025 18:23
316

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, iyunun 5-də yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 kilometr dərinlikdə 3,7 maqnitudalı və 16:04-də 4 kilometr dərinlikdə 3,1 maqnitudalı zəlzələlər qeydə alınıb.

“İki sahil” xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.