Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi 119,731 milyon manat təşkil edib.
“İki sahil”in məlumatına görə, “Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 % çoxdur.
Hesabat dövründə Naxçıvanda ödəniş kartlarının sayı 0,6 % artaraq 304 595-ə çatıb.
Bu il aprelin sonuna muxtar respublikada 2 990 POS-terminal, 97 bankomat və 364 ödəniş terminalı olub ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,6 % çox, 25,4 % az və 30 % çoxdur.
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO