FIFA 2025-ci il klublararası dünya çempionatında ofsaydın müəyyən edilməsi üçün yarımavtomatik texnologiyadan istifadə etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumunun yaydığı məlumatda bildirilib.
Məlumata görə, 2024-cü ilin dekabr ayında FIFA bu texnologiyanı Qitələrarası Kubokun oyunlarında və bir neçə gənclər turnirində uğurla sınaqdan keçirib. Sistem açıq-aşkar ofsayd vəziyyəti olduqda yan xətt hakiminin qulağına tez bir siqnal göndərir.
FIFA bildirib ki, sistem oyunçuların və topun mövqelərini izləyəcək və real vaxt rejimində ofsayd barədə matçın rəsmi şəxslərinə avtomatik məlumat verəcək.
Xatırladaq ki, klublararası dünya çempionayl 2025-ci ilin 14 iyun–13 iyul tarixlərində keçiriləcək.