Manisa (Türkiyə) Böyükşəhər Bələdiyyə sədri Ferdi Zeyreyi evində elektrik cərəyanı vurub.
“İki sahil” xəbər verir ki, ailəsinin məlumatından sonra 8 dəqiqə ərzində çağırış ünvanına çatan təcili tibbi yardımın həkimləri Zeyreyin ürəyinin dayandığını müəyyən ediblər.
Evində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan Bələdiyyə sədrinin ürək masajı və süni tənəffüslə, 70 dəqiqə sonra həyatı xilas edilib.
Reanimasiyaya yerləşdirilin Ferdi Zeyreyin vəziyyəti kritik qiymətləndirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”