07 iyun 2025 13:26
110

Ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləği açıqlanıb

İyunun 6-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 4850 AZN, 1000 AZN, 999 AZN, 750 ABŞ dolları və digər məbləğlərin ələ keçirildiyi müəyyən olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.