Dünyanın ən məşhur klassik avtomobil yarışlarından biri olan “Pekin–Paris” 2025 rallisinin iştirakçıları RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakıya çatdırılıb.
“İki sahil” xəbər verir ki, gəmi ilə Xəzərdən keçən bu mərhələdə 100-ə yaxın nadir və unikal klassik avtomobil uğurla daşınıb.
Bu ralli ilk dəfə 1907-ci ildə təşkil olunub. 36 gün davam edən Yarış Pekində başlayıb, Parisdə başa çatır. Marafon tarixi Çin səddindən start götürür və 14 500 kilometr uzunluğundadır.
AZAL: Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər