07 iyun 2025 23:40
109

"Qarabağ"ın hazırlıq planı bilindi

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Ağdam təmsilçisi iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. 

“Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.