08 iyun 2025 12:46
107

“La Liqada qol vurmaq Liqa 1-dən daha asandır -  PSJ prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Fransada ftbolun səviyyəsindən danışıb.

“İki sahil” xəbər verir ki, o, Liqa 1-i İspaniya La Liqası ilə müqayisə edib: 

“La Liqada qol vurmaq Liqa 1-dən daha asandır. Luis Enrike qürurla Liqa 1-də işlədi. Enrike Liqa 1-i bu çempionatı "fermerlər liqası" adlandıran İngiltərə Premyer Liqası azarkeşlərinə qarşı müdafiə etdi. Geridə qalan mövsüm Çempionlar Liqasında “Mançester Siti”, “Liverpul”, “Aston Villa” və “Arsenal”ı məğlub etdik”.

Qeyd edək ki, PSJ Çempionlar liqasının 2024/25 mövsümünün qalibi olub.