"Mançester Yunayted"in aparıcı futbolçularından olan Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
"Əl-Hilal" klubu 30 yaşlı yarımmüdafiəçiyə təklif göndərib.
Bildirlir ki, "Əl-Hilal" bir neçə aydır portuqaliyalı futbolçunu yaxından izləyir. "Maçester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın heyəti yeniləmək istədiyi üçün Bernardonu buraxa biləcəyi vurğulanır.
Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.