08 iyun 2025 19:58
112

“Fənərbağça” italiyalı voleybolçunu transfer edib

Qadın voleybolçulardan ibarət "Fənərbağça" komandası heyətini yeni oyunçu ilə gücləndirib.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi italiyalı Alessia Orronu transfer edib.

O, son olaraq ölkəsində "Numia Vero Volley" kollektivində oynayıb.